Yuxarı

Bakı Ali Neft Məktəbinin binası ilin sonuna istifadəyə veriləcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: Bu ali məktabin tələbələri maddi-texniki təchizatla təmin olunmuş binada təhsil alacaqlar

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq Bakı Ali Neft Məktəbinin (BANM) kampus binasının tikintisi davam edir. "Report" xəbər verir ki, bunu bu gün BANM-da yeni tədris ilinin başlaması münasibətilə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. 

R.Abdullayev qeyd edib ki, ali məktəbin kampus binası ilin sonuna istifadəyə veriləcək: "Neftin qiymətinin ucuzlaşması bəzi layihələrdə problem yaratsa da, Bakı Ali Neft Məktəbinin yeni binasının tikintisi davam edir. Bu ali məktəbin tələbələri maddi-texniki təchizatla təmin olunmuş binada təhsil alacaqlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi