Yuxarı
    Bağlamaq

    Benedito Braqa: "Azərbaycan su çatışmazlığının aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir"

    Dünya Su Şurası hər zaman Azərbaycana dəstək verməyə hazırdır

    Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan su çatışmazlığı probleminin aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir".

    "Report" xəbər verir ki, bunu Dünya Su Şurasının sədri Benedito Braqa jurnalistlərə açıqlamasında deyib.

    Şura sədri qeyd edib ki, hazırda dünyada su çatışmazlığı məsələsini aradan qaldırmaq üçün işlər görülür: "Burada əsas önəmli bir məqam tələb və təklifin bir-birinə uyğun olmasıdır. Birinci məqam olaraq onu qeyd etmək lazımdır ki, əsas məsələ əldə olan vəsaiti düzgün istifadə etməklə infrastrukturun düzgün qurulmasıdır. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatı ilə bağlıdır. İkinci məqam isə tələblə təklif arasında balansın yaradılmasıdır. İnsanların sudan səmərəli istifadə etməsi istiqamətində maarifləndirmə işləri həyata keçirilməlidir".

    "Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə malikdir. Dünya Su Şurası olaraq Azərbaycana hər zaman olduğu kimi dəstəyimizi göstərməyə hazırıq", - deyə B.Braqa qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi