Yuxarı

​Ziya Məmmədov dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyən qaydanı ləğv edib

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ləğv olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyi “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixində imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi