Yuxarı
    Bağlamaq

    "Azəryolservis" daha bir küçədə təmir işləri aparır

    Təmir-tikinti işləri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir

    Bakı. 7 may. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirir.

    “Report”un "Azəryolservis"ə istinadən verdiyi xəbərə görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir. Hələlik işlər M.Həsənov küçəsinin Şərifzadə küçəsi ilə kəsişməsindən Dadaş Bünyatzadə küçəsi ilə kəsişməsinədək olan ərazidə aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyünün üst qatı döşənir. Asfaltlama işləri bitəndən sonra ərazidə nişan xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq.

    Qeyd edək ki, küçədə artıq yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

    Analoji işlər küçənin qalan ərazisində, “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılır. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi