Yuxarı
    Bağlamaq

    "Azərsu": Su xətlərində donma halları qeydə alınmayıb

    Anar Cəbrayıllı: ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

    Bakı. 17 fevral. REPORT.AZ/ Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

    Bunu “Report”a açıqlamasında “Azərsu”nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

    “ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Bu vaxta qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb”, - deyə A.Cəbrayıllı qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi