Yuxarı

​“Azercell” Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Yeni əməkdaşlıq universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına zəmin yaradacaq

Bakı. 5 aprel. REPORT.AZ/ “Azercell” Telekom MMC şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Şirkətdən “Report”a bildirilib ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində baş tutan imzalanma mərasimində “Azercell”in prezidenti Vahid Mürsəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, “Azercell”in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov çıxış ediblər.

V.Mürsəliyev çıxışında bildirib ki, bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Qeyd edək ki, yeni əməkdaşlıq memorandumu əsasında “Azercell” şirkəti ilə univeristet arasında əsasən elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili, təşkilatlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi