Yuxarı
    Bağlamaq

    Azərbaycan və İraq aviaəlaqəni gücləndirir

    Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

    Məlumata görə, danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, iki ölkə arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

    İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə də tanış olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi