Yuxarı

​Azərbaycanın dəmir yol stansiyalarında 1 000 ədəd bilet satışı aparatı quraşdırılacaq

iPRO-RC aparatları qəpik probleminin həllinə də yardım edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ "JCM Global" şirkəti (ABŞ) Azərbaycanda dəmir yolu stansiyalarında daha 1 000 ədəd "iPRO-RC" bilet satışı aparatı quraşdırmaq niyyətindədir. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu aparatlar 200-ə yaxın stansiyada qurşadırılacaq.

Məlumatda qeyd edilir ki, qurum artıq yeni Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırıb.

Şirkətin baş meneceri Payam Zade (Payam Zadeh) Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnun olduqlarını deyib: "iPRO-RC" aparatları nəqliyyatda təhlükəsizlik, həcm və etibarlılıq baxımından beynəlxalq tələblərə tam cavab verir".

Şirkətdən verilən açıqlamaya görə, “iPRO-RC” aparatları qəpik probleminin həlli üçün də əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, “JCM Global” bank, pərakəndə ticarət, köşk və oyun sənayesi üçün dünyanın aparıcı əməliyyat texnologiyaları təchizatçısıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi