​Azərbaycanın dəmir yol stansiyalarında 1 000 ədəd bilet satışı aparatı quraşdırılacaq

​Azərbaycanın dəmir yol stansiyalarında 1 000 ədəd bilet satışı aparatı quraşdırılacaq "iPRO-RC" aparatları qəpik probleminin həllinə də yardım edəcək
İnfrastruktur
17 İyun , 2016 14:10
​Azərbaycanın dəmir yol stansiyalarında 1 000 ədəd bilet satışı aparatı quraşdırılacaq

Bakı. 17 iyun. REPORT.AZ/ "JCM Global" şirkəti (ABŞ) Azərbaycanda dəmir yolu stansiyalarında daha 1 000 ədəd "iPRO-RC" bilet satışı aparatı quraşdırmaq niyyətindədir. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu aparatlar 200-ə yaxın stansiyada qurşadırılacaq.

Məlumatda qeyd edilir ki, qurum artıq yeni Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırıb.

Şirkətin baş meneceri Payam Zade (Payam Zadeh) Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnun olduqlarını deyib: "iPRO-RC" aparatları nəqliyyatda təhlükəsizlik, həcm və etibarlılıq baxımından beynəlxalq tələblərə tam cavab verir".

Şirkətdən verilən açıqlamaya görə, “iPRO-RC” aparatları qəpik probleminin həlli üçün də əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, “JCM Global” bank, pərakəndə ticarət, köşk və oyun sənayesi üçün dünyanın aparıcı əməliyyat texnologiyaları təchizatçısıdır.

Son xəbərlər

Orphus sistemi