Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni su boru xətlərinin tikintisinə 1,135 mlrd. manat investisiya tələb olunur

    Azərsu içməli və tullantı su infrastrukturunun olmadığı ərazilər üzrə baş plan hazırlayacaq

    Bakı. 29 dekabr. REPORT.AZ/ Yaxın illərdə “Azərsu” ASC içməli və ya tullantı su infrastrukturunun olmadığı ərazilər üzrə, səmərəlilik nəzərə alınmaqla qiymətləndirmə apararaq, infrastruktur üzrə baş plan hazırlayacaq.

    “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.

    Sənəddə bildirilir ki, "Azərsu" ekspertləri cəlb etməklə ev təsərrüfatları üçün içməli, tullantı su infrastrukturunun təkmilləşdirilməsi, ən aşağı xərc səviyyəsinin və ən böyük tələbatın olduğu regionları prioritetləşdirməklə, infrastruktura tələb olunan mümkün investisiya xərclərinin dəqiqləşdirilməsi məqsədilə müqayisəli araşdırmalar aparacaq: “Bu xərclərə əməl olunması idarəetmə üzrə ƏİG-yə (əsas icra göstəriciləri) əlavə ediləcək. ASC monitorinqlər təşkil edərək, su istehlakçıları arasında sayğaclardan istifadə səviyyəsini yüksəldəcək (xüsusilə qeyri-əhali qrupu üzrə sayğacın sifarişçi hesabına quraşdırıldığını nəzərə alaraq, bu qrup istehlakçılar üzrə sayğaclaşma tam başa çatdırılacaq). Keçirilən monitorinqlərin əsas məqsədi sayğacı olmayan su istehlakçılarının aşkarlanması, sayğacdan istifadə səviyyəsinin yüksəldilməsi üçün müəyyənləşdirilən konkret hədəflərin idarəetmə üzrə ƏİG-yə daxil edilməsi, eləcə də onların quraşdırılması üçün tələb olunan zaman müddətinə və su sayğacından istifadə hədlərinə nail olmaq üçün tələb edilən işçi qüvvəsinə dair qərar verilməsidir”.

    Eyni zamanda sənədə əsasən, ASC infrastruktura investisiya qoyuluşları üzrə tenderlər elan edəcək: “Azərsu” təchizatçının seçilməsinə və tikinti işlərinin gedişatının izlənilməsinə imkan verən meyarları əhatə edən tenderlər elan edəcək. İnfrastruktura investisiyaların qoyulması üçün maliyyələşmə mənbələrini müəyyənləşdirdikdən sonra infrastrukturun təkmilləşdirilməsinə başlayacaq və işlərin gedişatını baş plana uyğun olaraq davamlı izləyəcək. Bu prioritetin tərkib hissəsi kimi, içməli və tullantı su infrastrukturunun yaradılması nəticəsində 2020-ci ildə real ÜDM-in 25 mln. manat birbaşa və 15 mln. manat dolayı olmaqla, cəmi 40 mln. manat artacağı proqnozlaşdırılır. Bu prioritetin məşğulluq səviyyəsinə birbaşa təsiri gözlənilmir. Həmçinin kommersiya itkiləri səviyyəsinin 20%-dən ən azı 14%-dək azaldılacaq (“Azərsu” 670 mln. kub ml su təchizatından), Tullantı sularının toplanması səviyyəsi 46%-dən 65%-dək artırılacaq (ASC-nin ev təsərrüfatları üçün 314 mln. kub ml su təchizatından). Sayğacı olmayan qeydiyyatlı istifadəçilərin payının 26%-dən 5%-dək azaldılması (ev təsərrüfatlarının cəmi sayı 2,02 mln. olmaqla)”.

    Strateji Yol Xəritəsiinə əsasən, yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1,135 mlrd. manat investisiya qoyuluşu tələb olunur: “İnvestisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir. Bundan belə, ASC nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək. Tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyə vəsaitinin çatışmazlığı risk yaradan əsas amildir.Azərbaycanda bütün istehlakçı qrupları üzrəsu istehlakının səmərəliliyi yüksəldilməsi üçün optimal istehlakçı qiymətinin tətbiqi və ünvanlı investisiyaların qoyulması nəzərdən keçiriləcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi