Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq

Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq Bu, ​beynəlxalq təcrübəyə və Strateji Yol Xəritəsinə uyğundur
İnfrastruktur
1 Mart , 2017 12:07
Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq

Bakı. 1 mart. REPORT.AZ/ Beynəlxalq təcrübəyə və Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda sosial evlər ümumi mənzil bazarının 10%-dən çox ola bilməz. Biz bunu nəzərə almışıq.

"Report" xəbər verir ki, bunu "Caspian European Club"un üzvləri olan biznes nümayəndələri ilə görüşündə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, bu, bazarda rəqabət üçün vacibdir. 

S.Nuriyev onu da deyib ki, hazırda inşa olunan Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq: "Kompleksin ərazisi 11,6 hektardır. Burada 29 bina olacaq. Həmçinin bundan əlavə qeyri-yaşayış sahələri də tikiləcək. Biz bu prosesə biznes nümayəndələrini də dəvət edirik. Komplekslərin tikintisində MİDA birbaşa iştirak etməyəcək. Bizim işimiz yalnız prosesə nəzarət etmək olacaq". 

Qurum rəsmisi komplekslər üçün ərazi seçimində orada yaşayacaq insanların işə çatma vaxtının da nəzərə alındığını deyib: "Hesablamalarımıza görə həmin kompleksdə yaşayan insanların öz iş yerlərinə çatma vaxtı maksimum 40-45 dəqiqə olacaq".

Son xəbərlər

Orphus sistemi