Azərbaycanda dəmir yolunun daha 9,3 km-lik hissəsi təmir edilir

Azərbaycanda dəmir yolunun daha 9,3 km-lik hissəsi təmir edilir Təmir bir həftə müddətinə davam edəcək
İnfrastruktur
25 İyul , 2017 14:54
Azərbaycanda dəmir yolunun daha 9,3 km-lik hissəsi təmir edilir

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir bir həftə müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi