Yuxarı
    Bağlamaq

    Azərbaycanda daşınmaz əmlakın öncədən qeydiyyatı üçün tələb olunan sənədlər açıqlanıb

    Binanı MTK inşa edirsə, kooperativ üzvlərinin keçirdiyi iclasın protokolu və mənzillərin dəyərinin ödənilməsi barədə arayış da təqdim edilməlidir

    Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanda daşınmaz əmlakın öncədən qeydiyyatı üçün tikinti şirkətləri (MMC formasında fəaliyyət göstərən) tikintiyə razılıq sənədini və inşa olunan binanın memarlıq layihəsini Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) təqdim etməli olacaqlar.

    "Report" xəbər verir ki, bu barədə DƏDRX-in rəisi Hikmət Mustafayev Bakıda "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları" mövzusunda keçirilən ictimai təqdimatda bildirib.

    "Əgər binanı mənzil-tikinti kooperativi (MTK) inşa edirsə, bu halda tikintiyə dair kooperativ üzvlərinin keçirdiyi iclasın protokolu, eləcə də mənzillərin dəyərinin ödənilməsi barədə arayış DƏDRX-ə təqdim edilməlidir", - deyə o, əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi