Yuxarı
    Bağlamaq

    Azərbaycana avtomobillərin idxalı azalıb

    Aydın Əliyev: Bəzi satıcılar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir

    Bakı. 8 aprel. REPORT.AZ/ Son dövrdə Azərbaycanda tətbiq edilən "Avro-4" ekoloji standartı ilə bağlı ölkəyə gətirilən nəqliyyat vasitlərinin sayı azalıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

    A.Əliyevin sözlərinə görə, ölkəyə avtomobil idxalının həcmində azalma var: “Bu da avtomobillərin gətirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərlə bağlıdır. Bəzi dırnaqarası işbazlar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir. Yaxud da həmin avtomobillərin əsas hissələrini çıxararaq, satışını həyata keçirirlər. Gömrük orqanları buna qarşı ciddi tədbirlər görür”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi