Yuxarı

​Azərbaycana avtomobil idxalı kəskin azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycana avtomobil idxalı 49% azalıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 15 495 ədəd avtomobil idxal olunub. Beləliklə, avtomobil idxalında illik təxminən iki dəfə azalma müşahidə olunub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idxal olunan avtomobillərin 13 912 ədədi ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 49,3% azdır.

Bu müddətdə yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 765 ədəddən 952-dək azalıb, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri isə əksinə, 151-dən 497 ədədə yüksəlib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə avtomobil idxalı 30 576 ədəd təşkil edib və bunun 27 444 ədədi əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və motorlu nəqliyyat vasitələri olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi