​ Azərbaycana 72 yeni yük vaqonu gətirilib

​ Azərbaycana 72 yeni yük vaqonu gətirilib Sifariş “Azərbaycan Dəmir Yolları” tərəfindən verilib
İnfrastruktur
4 May , 2015 11:34
​ Azərbaycana 72 yeni yük vaqonu gətirilib
  • Bakı. 4 may. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib. Bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır. 
  • “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, bu günlərdə daha 50 yük vaqonunun ölkəyə gətiriləcəyi gözlənilir.

  • Xatırladırıq ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb. Görüşdə “Uralvaqonzavod”dan 2 900 müxtəlif təyinatlı yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

  • Qeyd edək ki, bundan əvvəl, aprelin 25-də “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəyə gətirilib.

Son xəbərlər

Orphus sistemi