Yuxarı
    Bağlamaq

    Azərbaycana 3 mindən çox yük vaqonu gətirilib

    Ölkənin dəmir yolu parkı yenilənir

    Bakı. 5 aprel. REPORT.AZ/ “Uralvaqonzavod” istehsalı olan 3100 müxtəlif təmayüllü yük vaqonu Azərbaycana gətirilib.

    "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, ötən ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, görüşdə “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. Qısa zaman kəsiyində (on bir ay ərzirdə) vaqonların hamısı Azərbaycana gətirilib.

    Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur.

    Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəyə gətirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi