“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keçirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keçirir Şirkət avadanlıqlar almaq istəyir
İnfrastruktur
7 Aprel , 2017 09:09
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  müsabiqələr keçirir

Bakı. 7 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC radionaviqasiya avadanlığı, gəmilər üçün ehtiyat hissələr və 953 saylı üzən tərsanədə KPD-5/3,2 tonluq (saap 1000080, istehsal tarixi 1986) kranın əsaslı təmirinin alınması məqsədilə açıq müsabiqələr elan edib.

"Report" rəsmi mətbuata istinadən xəbər verir ki, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc. az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son tarix aprelin 14-dür.

Zəruri sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanına təqdim edilməlidir. 

Son xəbərlər

Orphus sistemi