Yuxarı

Azərbaycan və Ukrayna dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Dəmir Yolları QSC-də Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın Azərbaycandakı səfiri Alekcandr Mişenko və “UkrFerri” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand ilə görüş keçirilib. Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. 

İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunub. Səfir A.Mişenko və “UkrFerri” gəmiçilik şirkətinin prezidenti A.Kurlyand çıxış edərək, “Azərbaycan Dəmir Yolları”nda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi