Azərbaycan və Pakistan aviadaşınmalar sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayacaq

Azərbaycan və Pakistan aviadaşınmalar sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayacaq Baş nazir Məhəmməd Nəvaz Şərifin başçılıq etdiyi Pakistanın Nazirlər Kabineti iclas keçirib və bir sıra sazişləri təsdiq edib
İnfrastruktur
14 İyul , 2017 10:33
Azərbaycan və Pakistan aviadaşınmalar sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayacaq
Report.az

Bakı. 14 iyul. REPORT.AZ/ Baş nazir Məhəmməd Nəvaz Şərifin başçılıq etdiyi Pakistanın Nazirlər Kabineti iclas keçirib və bir sıra, o cümlədən Azərbaycan ilə bağlı sazişləri təsdiq edib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, iclas zamanı Nazirlər Kabineti Azərbaycan, Serbiya, Vyetnam və Braziliya ilə aviadaşınmalar sahəsində əməkdaşlıq haqqında danışıqlara başlamaq üzrə sazişləri təsdiqləyib.

Bundan əlavə, nazirlər Pakistanın Ticarətin İnkişafı Administrasiyası (TDAP) və Azərbaycan, Qırğızıstan və Tacikistanın müvafiq qurumları arasında Anlaşma Memorandumu üzrə danışıqlara başlamaq və onun imzalanması məsələsinə post-faktum razılıq veriblər.

Son xəbərlər

Orphus sistemi