Yuxarı

Azərbaycan və Latviya avtomobil nəqliyyatı xidmətləri sahəsində protokol imzalayıb

Sənəddə 2016-2017-ci illər üçün “İcazə”lərin kontingentinin müəyyən edilməsi məsələsi əks olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Riqa şəhərində Azərbaycan və Latviyanın Nəqliyyat nazirliklərinin nümayəndələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, iclasda ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, mövcud problemlər və inkişaf perspektivləri, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən keçən tranzit yüklərin həcminin artırılması, 2016 -2017-ci illər üçün “İcazə”lərin kontingentinin müəyyən edilməsi və hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər müzakirə edilib.

İclasda müvafiq razılaşmalar əsasında protokol imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi