Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və İran ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılıq əldə edib

    İran prezidenti: Bu, iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan və İran 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlib.

    "Report" xəbər verir ki, bunu Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında İranın dövlət başçısı Həsən Ruhani bildirib.

    "Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, biz 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik ki, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq", - deyə o qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi