Azərbaycan sərhəddə dəmir yolu qatarlarını hərəkətdə yoxlayacaq

Azərbaycan sərhəddə dəmir yolu qatarlarını hərəkətdə yoxlayacaq Fevralın 1-dən ölkənin iki girişində xüsusi avadanlıqlar istifadəyə veriləcək
İnfrastruktur
29 Yanvar , 2016 11:32
Azərbaycan sərhəddə dəmir yolu qatarlarını hərəkətdə yoxlayacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Fevralın 1-dən etibarən Azərbaycanın iki əsas dəmir yolu xəttində ölkəyə giriş və çıxışda xüsusi avadanlıqlar işə salınacaq. Bu avadanlıqlar qatarların hərəkəti dayanmadan vaqonlardakı yükləri yoxlayacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. 

A.Əliyevin sözlərinə görə, artıq həmin avadanlıqlar quraşdırılıb və fevralın 1-dən istifadəyə veriləcək: "Biz bu ildən gömrük siyasətində dəyişiklik etdik. Yanvarın 1-dən "free trade" - "azad ticarət" siyasətinə keçdik. Bu addım daxili istehsalçıları qorumaq üçün atılıb".

Son xəbərlər

Orphus sistemi