Azərbaycan Qazaxıstandan yeni elektrovozlar alacaq

Azərbaycan Qazaxıstandan yeni elektrovozlar alacaq İki ölkə ticarət əlaqələrini gücləndirmək niyyətindədir
İnfrastruktur
3 Avqust , 2017 11:59
Azərbaycan Qazaxıstandan yeni elektrovozlar alacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan bu il Qazaxıstandan yeni elektrovozlar alacaq. 

Bu barədə "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycan Qazaxıstana növbəti ixrac missiyasının həyata keçirilməsinə hazırlaşır: "Qazaxıstana təkcə kənd təsərrüfatı və qida məhsulları deyil, həm də sənaye malları tədarük etmək istəyirik. Eyni zamanda qazaxstanlı istehsalçıları, distribyutorları, şirkətləri də Azərbaycana dəvət etmişik. Artıq bəzi şirkətlər Azərbaycanda tərəfdaş taparaq, müqavilələr imzalayıblar. Qarşılıqlı səfərlər mütəmadi şəkildə təşkil olunacaq". 

Son xəbərlər

Orphus sistemi