Azərbaycan “Iran Rail Expo 2017” sərgisində iştirak edir

Azərbaycan “Iran Rail Expo 2017” sərgisində iştirak edir Sərgi mayın 18-nə kimi davam edəcək
İnfrastruktur
16 May , 2017 10:21
Azərbaycan “Iran Rail Expo 2017” sərgisində iştirak edir

Bakı. 16 may. REPORT.AZ/ Tehranda “Iran Rail Expo-2017” beynəlxalq sərgisi işə başlayıb. “Report” xəbər verir ki, sərgi mayın 18-nə kimi davam edəcək.

Məlumata görə, 300-dən artıq şirkətin iştirak etdiyi “Iran Rail Expo 2017”-də dəmiryolu nəqliyyatı xidmətləri, bu sahə ilə əlaqəli sənaye məhsulları və avadanlıqlar nümayiş etdirilir.

Sərgi ilə yanaşı V Dəmiryolu nəqliyyatı konfransı da keçirilir. Sərgi və konfransda 20-yə yaxın ölkə iştirak edir ki, onların arasında Azərbaycan da var.

Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, rəsmi Bakını bu tədbirdə “ADY Express”dən olan nümayəndə heyəti təmsil edir.

Son xəbərlər

Orphus sistemi