Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək Rusiya da bu layihədə iştirak etmək istəyir
İnfrastruktur
25 Noyabr , 2016 11:16
Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ "Hazırda iranlı həmkarlarla Rəşt-Astara üzrə danışıqlar aparılır. Azərbaycan Astara-Rəşt yolunun inşası üçün İrana kredit verəcək". 

"Report"un verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" mövzusunda Bakıda keçirilən biznes forumunda çıxışında bildirib.

"Rusiya da bu layihədə iştirak etmək istəyir. Amma bunu müzakirə edəcəyik", - deyə C.Qurbanov qeyd edib.

"Azərbaycan Dəmir Yolları"nın rəhbəri əlavə edib ki, Bakıda bu forumun keçirilməsində məqsəd qarşılıqlı investisiya imkanlarını araşdırmaqdır. Tədbirdə ikitərəfli protokol və memorandum imzalanacaq.

Son xəbərlər

Orphus sistemi