Bakı. 10 aprel. REPORT.AZ/ “
Məlumata görə, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran vəzifə və perspektivlər haqqında ətraflı məlumat verib. Sonra “Stadler Rail” Şirkətlər Qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması, “Stadler” tərəfindən Gəncədə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub.
“Stadler Rail”in baş direktoru P.Şpuler “Azərbaycan Dəmir Yolları”nda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bilidirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.