"Azərbaycan Dəmir Yolları"nda "Stadler rail" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları"nda "Stadler rail" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə Gəncədə vaqon istehsalı zavodunun tikintisi məsələsi də müzakirə olunub
İnfrastruktur
10 Aprel , 2015 13:20
Azərbaycan Dəmir Yollarında Stadler rail şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 10 aprel. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. “Stadler Rail” Şirkətlər Qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin bu görüşü “Azərbaycan Dəmir Yolları”nın yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyıb. Nümayəndə heyətinə layihənin əlaqələndiricisi Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr daxildir. Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran vəzifə və perspektivlər haqqında ətraflı məlumat verib. Sonra “Stadler Rail” Şirkətlər Qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması, “Stadler” tərəfindən Gəncədə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub. 

“Stadler Rail”in baş direktoru P.Şpuler “Azərbaycan Dəmir Yolları”nda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bilidirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi