Yuxarı

"Azərbaycan Dəmir Yolları" keçirdiyi tenderin müddətini uzadıb

İddiaçıların təxminən 3 həftə vaxtı var

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamenti VL-8, VL-11 seriyalı elektrovozlar üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı noyabrın 30-da və dekabrın 13-də elan etdiyi açıq tenderlərdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddətini bir daha artırıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, iddiaçılar ilkin sənədləri yanvarın 27-nə qədər, tender təklifi və bank zəmanətini isə fevralın 2-nə qədər QSC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Əli Dadaşovdur. 

Təkliflərə fevralın 3-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi