"Azərbaycan Dəmir Yolları" iki açıq tender keçirir

"Azərbaycan Dəmir Yolları" iki açıq tender keçirir Ümumilikdə, 4 lot üzrə mal və materialların alınması nəzərdə tutulur
İnfrastruktur
31 Mart , 2017 09:57
Azərbaycan Dəmir Yolları iki açıq tender keçirir
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) daxil olan "Dəmiryolservis" MMC yolun üst quruluşu materiallarının alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 300 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 2 may saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə 11 may saat 18:00-dək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,26 ünvanına təqdim edilməlidir. İddiaçıların təklifləri 12 may saat 11:00-da açılacaq.

Bundan başqa, ADY-nin İnfrastruktur Departamenti yol təsərrüfatı üçün materialların alınması ilə əlaqədar açıq tender elan edib. Tender 3 lot üzrə keçirilir. Tenderdə ağac tirlər (I tip), ağac şpal (I və II tip), kostil, KB-65 altılıq, 2 burumlu şayba, yastı şayba, calaq botu şayba ilə R-65, özül boltu qayka ilə R-65, mis rels birləşdiricinin alınması nəzərdə tutulur.

Hər bir lot üzrə iştirak haqqı 500 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 19 aprel saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini 27 aprel saat 18:00-dək Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ünvanına təqdim etməlidir. İddiaçıların təklifləri 28 aprel saat 11:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi