Yuxarı
    Bağlamaq

    Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçəcək

    Bu iş rejmi yeni il ərəfəsində tətbiq olunacaq

    Bakı. 23 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamenti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

    Bu, “Azərbaycan Dəmir Yolları” QSC ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda qeyd edilib.

    "Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək", - deyə məlumatda əlavə edilib.

    Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi