Bakı. 13 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 325 ədəd minik, 130 ədəd yük avtomobili istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,8% azalma və 4% artım deməkdir.
"Report"un
Hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Qeyd edək ki, cari ilin ilk 4 ayı ərzində ölkəyə ümumilikdə 12 890 ədəd avtomobil idxal olunub. Bunun da 11 740 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645 ədədini yük daşımaq üçün motorlu nəqliyyat vasitələri təşkil edib.