Yuxarı
    Bağlamaq

    ​Azərbaycan "Air Lituanica"da pay almaqdan imtina edir

    Litva tərəfinin şərtləri Azərbaycan investorlarını qane etməyib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan "Air Lituanica" aviaşirkətində iştirak payının alınmasından imtina edib. "Report" xəbər verir ki, bu barədə Litvanın "Delfi" nəşri rəsmi şəxslərə istinadən məlumat yayıb.

    Məlumata görə, "AZAL Cargo" və "Silk Way Airlines" şirkətləri Litvanın dövlət aviasiya operatorunda 49%-lik payın satın alınmasında maraqlı olsalar da, bundan imtina ediblər. Buna səbəb isə Litva tərəfinin şərtlərinin potensial investorları qane etməməsi ilə bağlı olub. AZAL yalnız müəyyən şərtlər əsasında "Air Lituanica"ya investisiya yatıra biləcəyini açıqlayıb.

    "Central Asian Aero News"un məlumatına görə isə, artıq "Air Lituanica"nın rəhbərli kreditorlarla borcların qaytarılması ilə bağlı danışıqlara başlayıb və tezliklə digər potensial investorlarla danışıqlara başlanması gözlənilir.

    AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə öz növbəsində "Report"a açıqlamasında tərəflər arasında danışıqların getməsi ilə bağlı yayılan məlumatları təkzib edib və onda belə bir məlumatın olmadığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi