Azərbaycan 6 yeni gəmi alır

Azərbaycan 6 yeni gəmi alır Bu gəmilər Qara dəniz-Aralıq dənizi hövzəsində istismar ediləcək
İnfrastruktur
5 Aprel , 2016 13:13
Azərbaycan 6 yeni gəmi alır

Bakı. 5 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir, beynəlxalq standartlara cavab verən və çevik bir şirkətə çevrilməsi üçün qarşıya qoyulan vəzifələr donanmanın yeniləşdirilməsi prosesini, eləcə də Qara dəniz-Aralıq dənizi hövzəsində istismar edilən gəmilərin sayının artırılmasını qaçılmaz edir". Bu barədə "Xəzər Dəniz Gəmçiliyi" QSC-dən "Report"a daxil olan məlumata bildirilib.

Beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər Gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 5 500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır. 

Son xəbərlər

Orphus sistemi