Moskva. 8 iyun. REPORT.AZ/ "Rusiyaya sərnişin axınının artımı tendensiyası müşahidə edilir".
Bunu "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) icraçı direktorunun müavini Cəmil Manizadə deyib.
Onun sözlərinə görə, Moskva üçün Azərbaycanın kvotası gündə 5 uçuş təşkil edir.
"AZAL pik dövrdə Moskvaya gündə, təxminən, 5 uçuş təşkil edir: həftədə 4 dəfə gündə 5 uçuş, qalan günlərdə 4 uçuş olacaq. Bu, Azərbaycanın kvotasıdır. Rusiya aviaşirkətləri üçün kvotalar ayrıdır", - C.Manizadə bildirib.