AZAL-ın 3 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün işdən çıxarılıb

AZAL-ın 3 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün işdən çıxarılıb “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.
İnfrastruktur
27 May , 2019 13:28
AZAL-ın 3 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün işdən çıxarılıb

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.

“Report” xəbər verir ki, bununla bağlı məlumatı AZAL yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

"Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub", - AZAL-ın məlumatında bildirilb.

QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib: "Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.

Son xəbərlər

Orphus sistemi