​AZAL bu gündən Nijni Novqorod - Bakı reyslərini bərpa edir

​AZAL bu gündən Nijni Novqorod - Bakı reyslərini bərpa edir Reyslər şənbə günləri həyata keçiriləcək
İnfrastruktur
6 İyun , 2015 02:08
​AZAL bu gündən Nijni Novqorod - Bakı reyslərini bərpa edir

Bakı. 06 İyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) iyunun 6-dan etibarən Nijni Novqoroddan Bakıya uçuşları bərpa edir.

"Report" xəbər verir ki, bu barədə "Striqino" Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat verib.

"Azərbaycanın paytaxtına reyslər hər həftə şənbə günləri Braziliya istehsalı olan 106 yerlik "Embraer-190" hava gəmiləri vasitəsi ilə həyata keçiriləcək. Uçuş vaxtı 2 saat 40 dəqiqədir", - deyə məlumatda bildirilir.

AZAL sözügedən istiqamətdən Bakıya uçuşlara 2014-cü ildə başlayıb.

Son xəbərlər

Orphus sistemi