AZAL aviabiletlərin qiymətinin təhlilinə başlayıb

AZAL aviabiletlərin qiymətinin təhlilinə başlayıb Təhlilin nəticələri və təkliflər hökumətə təqdim olunacaq
İnfrastruktur
16 İyul , 2015 13:45
AZAL aviabiletlərin qiymətinin təhlilinə başlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin hazırkı qiymətlərinin təhlilinə başlayıb.

AZAL-dan “Report”a verilən məlumata görə, təhlilin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək. Belə ki, müzakirələr Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırıqdan sonra start götürüb.

Son xəbərlər

Orphus sistemi