Yuxarı

Avtovağzal dairəsindən Bakı Dairəvi-1 avtomobil yoluna yeni çıxış yolu tikilir

Sözügedən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 metr təşkil edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirliməsi məqsədilə yeni yol tikilir.

"Report" "Azəryolservis" ASC-yə istinadən xəbər verir ki, sözügedən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 metr təşkil edəcək.

İki hərəkət zolaqlı, bir istiqamətli yol üzərində 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunur. Hazırda estakadanın başlanğıc və Dairəvi-1 yoluna birləşən hissəsində, kənar dayaqların özülündə svayların quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi