Avrokomissiyanın nəqliyyat və mobillik üzrə baş direktoru Bakı Limanında olub

Avrokomissiyanın nəqliyyat və mobillik üzrə baş direktoru Bakı Limanında olub Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycana rəsmi səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib. 
İnfrastruktur
30 Yanvar , 2018 19:38
Avrokomissiyanın nəqliyyat və mobillik üzrə baş direktoru Bakı Limanında olub
Acsc.az

Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycana rəsmi səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib. 

Bu barədə “Report”a Bakı Limanının Mətbuat xidmətindən məlumat verilib.

Qonağı Bakı Limanında gedən işlərlə tanış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov H.Hololeyinin diqqətinə çatdırıb ki, cari ilin ortalarında tikinti işləri bitməklə 12 körpüdən ibarət olacaq limanın yükaşırma qabiliyyəti 15 mln. ton yük, o cümlədən 100 min konteyner (TEU) olacaq. Ümumiyyətlə, bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.

H.Hololey yeni Bakı Limanın Avropa-Asiya ticarət dövriyyəsində mühüm yer tutduğunu qeyd edib: “Azərbaycan Avropanın yaxın tərəfdaşıdır və biz tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Bu ölkə Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Mən çox məmnunam ki, Avropa İttifaqı həm əməliyyat imkanlarının artırılması, həm də beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Bu müasir liman genişlənmiş Avropanın Trans-Avropa şəbəkəsinin (TNT-T) bir hissəsidir”.

T.Ziyadovun sözlərinə görə, Avropa Komissiyasının gündəmində vacib yer tutan bağlılıq (connectivity), regional ticarət və logistika hub-larının yaradılması Bakı Limanının da diqqət mərkəzindədir:

“Aİ və Asiya arasındakı ticarət dövriyyəsinin artdığını nəzərə alaraq, Bakı Limanı bu inkişafa hazırdır, ticarət və xüsusən rəqəmsal dəhlizin yaranmasına töhfə verməkdədir. Limanda tətbiq olunmağa başlanan İT sistemi bütün əməliyyatları avtomatlaşdırıb, yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək, bizim ərazidə yerini bilmək və sair üstünlüklər verir.”

2017-ci ilin yanvar ayından etibarən Avropa İttifaqının Bakı Limanının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dair dəstək layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində Aİ-nin Antverp, Hamburq, Koper və Triest kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunub və təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən əməliyyat sistemi, “yaşıl” və “smart” texnologiyalardan istifadəsi Avropa İttifaqı tərəfindən dəstəklənməkdədir.

Son xəbərlər

Orphus sistemi