Yuxarı
    Bağlamaq

    ​Asiya İnkişaf Bankı Azərbaycanda yeni yol infrastrukturu layihələlərinə maliyyə ayıra bilər

    Bu gün nəqliyyat nazirinin müavini ilə AİB-in nümayəndələri arasında görüş keçirilib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat şöbəsinin direktoru Xiaohong Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

    Nazirlikdən "Report"a verilən  xəbərə görə, nazir müavini Musa Pənahov yol-nəqliyyat kompleksində görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, görülən işlər barədə ətraflı məlumat verib.

    Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihələr üzrə həyata keçirilən işlərin gedişatı, həmçinin layihələrin icrasının hazırkı vəziyyəti barədə müzakirələr aparılıb. Tərəflər eyni zamanda, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında nəqliyyat sektoru üzrə gələcək əməkdaşlıq məsələləri, 2016-cı və növbəti illərdə prioritet hesab edilən yeni yol infrastrukturu layihələlərinin bank tərəfindən maliyyələşdirilməsi mövzusunda fikir mübadiləsi aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi