Bakı. 3 avqust. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın baş verən 16 mərtəbəli binanın sakinləri mənzillərinə sentyabrın 15-dək köçürüləcək.
Bunu "Report"a açıqlamasında baş nazirin müavini
O deyib ki, hazırda binada təmir işləri davam edir: "Orada görüləsi çox iş var. Çətinlik ondan ibarətdir ki, bina hündürmərtəbəlidir. Hər iş əllə görülür. Lakin məsələ ilə bağlı heç bir problem, o cümlədən maliyyə problemi də yoxdur".