Abid Şərifov: "Bakıda yanan binanın təmiri məsələsində maliyyə problemi yoxdur"

Abid Şərifov: "Bakıda yanan binanın təmiri məsələsində maliyyə problemi yoxdur" "Sentyabrın 15-dək binanın sakinləri mənzillərinə köçürüləcək"
İnfrastruktur
3 Avqust , 2015 11:36
Abid Şərifov: Bakıda yanan binanın təmiri məsələsində maliyyə problemi yoxdur

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın baş verən 16 mərtəbəli binanın sakinləri mənzillərinə sentyabrın 15-dək köçürüləcək. 

Bunu "Report"a açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

O deyib ki, hazırda binada təmir işləri davam edir: "Orada görüləsi çox iş var. Çətinlik ondan ibarətdir ki, bina hündürmərtəbəlidir. Hər iş əllə görülür. Lakin məsələ ilə bağlı heç bir problem, o cümlədən maliyyə problemi də yoxdur".

Son xəbərlər

Orphus sistemi