Yuxarı

Abid Şərifov: "BTQ dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündə tam şəkildə istismara veriləcək"

Görüşlər isə işin inkişafı ilə əlaqədar keçirilir

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündən etibarən tam şəkildə istifadəyə veriləcək".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

"Layihə ilə bağlı hər hansı bir danışıqlara ehtiyac yoxdur, görüşlər isə işin inkişafı ilə əlaqədar keçirilir. Məlum olduğu kimi, Türkiyə layihəni gələn ilin birinci yarısında yekunlaşdırmağı nəzərdə tutub. Hesab edirəm ki, 2016-cı ilin üçüncü rübündə layihə tam şəkildə istismara veriləcək", - deyə A.Şərifov qeyd edib.

Türkiyənin Bosfor boğazının altından yeni dəmiryolu tunelinin gələn il inşa etməyi nəzərdə tutulduğunu xatırladan hökumət başçısının müavini əlavə edib ki, bu layihə də BTQ dəhlizinin şərq ölklərindən Avropaya olan məsafənin dəfələrlə qısalmasına kömək edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi