Yuxarı

Vüsal Kərimli: “Bu ilin sonuna qədər Bakı ətrafı qəsəbələrinin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”

300 yeni avtobusun taleyi müəyyənləşdi

“Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”. 

“Report” xəbər verir ki, bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:

“Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi