Vüsal Kərimli: “Bu ilin sonuna qədər Bakı ətrafı qəsəbələrinin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”

Vüsal Kərimli: “Bu ilin sonuna qədər Bakı ətrafı qəsəbələrinin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik” “Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”.
İnfrastruktur
17 İyun , 2019 17:59
Vüsal Kərimli: “Bu ilin sonuna qədər Bakı ətrafı qəsəbələrinin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”
Вусал Керимли

“Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”. 

“Report” xəbər verir ki, bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:

“Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.

Son xəbərlər

Orphus sistemi