Yuxarı

Yeni ildə Gənc Tamaşaçılar Teatrında yeni tamaşa təqdim olunacaq

Yaxın vaxtlarda tamaşanın məşqləri başlayacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. 

Teatrdan "Report"a verilən məlumata görə, yaxın vaxtlarda məşqləri başlayacaq səhnə əsərinin yeni ildə təqdim olunması nəzərdə tutulub.

Hər il olduğu kimi bu dəfə də teatr öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, hədiyyə və surprizlərlə dolu maraqlı yeni il şousu və tamaşası ilə qarşılayacaq.

Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Mauqlinin yeni ili” adlı tamaşa rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.

Əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

Bundan başqa hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi