Yuxarı

"YARAT" təşkilatı yeni sərgi keçirəcək

Sərgi dekabrın 20-dən yanvarın 19-dək davam edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ YARAT təşkilatı və Müasir İncəsənət Muzeyi "e•phem•er•a" sərgisini tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə Müasir İncəsənət Mərkəzi məlumat yayıb.

Dekabrın 20-də açılışı olacaq sərgidə səkkiz rəssamın - Əliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıxzadənin əl işləri nümayiş etdiriləcək.

Əsərlərdə mif, klassiklərin poetik sətrləri, görünməz iplər, ədəbi əsərlərdə şifrələnmiş obrazlar, əsrlər boyu formalaşmış simvollar və alleqoriyalar dayanır. Bunlar bizi və indiki dövrü xarakterizə edir.

İdeya müəllifi Leyla Ağayevaya məxsusdur.

Qeyd edək ki, sərgi 2015-ci il yanvarın 19-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi