“Xarı bülbül” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib - VİDEO

“Xarı bülbül” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib - VİDEO “Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq”
İncəsənət
12 Yanvar , 2017 15:51
“Xarı bülbül” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib - VİDEO

Bakı. 12 yanvar. REPORT.AZ/ “AZİRU Music Prodaktion” özünün yeni “Xarı bülbül” layihəsini təqdim edib.

“Report”un məlumatına görə, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi “AZİRU Music”in rəhbəri Rübail Əzimovdur.

Tədbirdə onun müəllifi olduğu və Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovla birgə ifa etdiyi “Xarı bülbül” mahnısına çəkilmiş klip təqdim olunub.

Layihənin rəhbəri R.Əzimov bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışıblar: “Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da, aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda, çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın”.

Klipdə xəyali obrazlar kimi, Üzeyir Hacıbəylinin və Xurşud Banu Natavanın düşmənə əsir düşməsi təsfir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filmindən fraqmentlərdən də istifadə olunub. Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb.

Son xəbərlər

Orphus sistemi