Xalq yazıçısı Elçinin "Şekspir" pyesinin ​İtaliyada premyerası keçirilib

Xalq yazıçısı Elçinin "Şekspir" pyesinin ​İtaliyada premyerası keçirilib Premyera Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar "Şekspir Qalada" adlı festival çərçivəsində baş tutub
İncəsənət
17 May , 2016 12:34
Xalq yazıçısı Elçinin Şekspir pyesinin ​İtaliyada premyerası keçirilib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın görkəmli dramaturqu, xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” pyesi "L`ArteDelTeatro" tərəfindən italyan dilində Avropa premyerası keçirilib. 

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, premyera Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında keçirilən "Şekspir Qalada" adlı festival çərçivəsində baş tutub.

Pyesin quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Gianpiero Borgiadır. Tamaşa fərqli quruluşda izləyicilərə təqdim edilib. Belə ki, süjet xətti interaktiv şəkildə nümayiş olunub və seçilmiş məkan olaraq antik qala bütöv şəkildə istifadə edilib.

Qeyd edək ki, Elçinin "Şekspir" pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə artıq səhnəyə qoyulub. 

Son xəbərlər

Orphus sistemi